Advertisement

İsrail İranın hücumundan qorunmaq üçün Qəzzada güzəştə hazır idi – SEPAH komandanı

Bakı. Trend:

İsrail İranın Dəməşqdəki səfirliyini bombalaması ilə əlaqədar
olaraq Tehranın cavab tədbirinin qarşısını almaq üçün güzəştə
getməyə hazır idi.

Trend xəbər
verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH)
hərbi-kosmik qüvvələrinin komandanı general-mayor Əmir Əli Hacızadə
deyib.

Onun sözlərinə görə, İsrail İranın cavab hücumunun qarşısını
almaq üçün Misirin xarici işlər naziri vasitəsilə Qəzza zolağında
güzəştə getməyə hazır olduğuna dair mesaj göndərib.

SEPAH komandanı əlavə edib ki, İran tərəfin mümkün cavab
hücumlarına qarşı 221 İsrail qırıcısı hazır vəziyyətdə
saxlanılıb.

Xatırladaq ki, aprelin 1-də İsrail HHQ-nin Suriya paytaxtı
Dəməşqin Mezze məhəlləsini vurması nəticəsində 13 nəfər, o cümlədən
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Suriya və Livan
üzrə komandanı, general Məhəmməd Rza Zahedi və onun müavini
Məhəmməd Hacı Rəhimi ölüb. Həmin vaxtdan sonra İran və İsrail
arasında gərginlik artıb.

İran aprelin 14-də İsrailə qarşı hərbi əməliyyat keçirib.
Əməliyyat zamanı İsrailə onlarla PUA və raket zərbələri
endirilib.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun