Advertisement

Moskva Polşanın Rusiya diplomatlarının hərəkətini məhdudlaşdırmasına cavab verəcək – Zaxarova

Bakı. Trend:

Varşava Moskvaya Rusiya diplomatlarının Polşada hərəkətinin
məhdudlaşdırılması ilə bağlı nota göndərib və Rusiya tərəfi buna
cavab verəcək.

Trend xəbər
verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat
xidmətinin rəhbəri Mariya Zaxarova bugünkü brifinqdə deyib.

“Mayın 28-də Rusiyanın Varşavadakı səfirliyi Polşa Xarici İşlər
Nazirliyi tərəfindən rus diplomatlarının Polşada sərbəst hərəkətinə
məhdudiyyətlərin tətbiq olunduğunu bildirən nota alıb. İyunun 1-dən
Rusiyanın Varşavadakı səfirliyinin, eləcə də Rusiyanın Qdansk,
Krakov və Poznandakı baş konsulluqlarının əməkdaşlarının
voyevodalıqların hüdudlarından kənara səyahət etmək niyyəti barədə
Polşa XİN-ə əvvəlcədən xəbər verməlidir”, – Rusiya XİN nümayəndəsi
deyib.

“Rusiya Polşanın Moskvadakı səfirliyi və İrkutsk, Kalininqrad və
Sankt-Peterburqdakı baş konsulluqlarına qarşı cavab tədbirləri
görəcək”, – deyə o əlavə edib.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun