Bakı. Trend:
Odessada olan Almaniyanın müdafiə naziri Boris Pistorius Kiyevə
500 milyon avro dəyərində daha bir hərbi yardım paketi vəd
edib.
Trend-in məlumatına görə, bu barədə “DPA” agentliyi xəbər
verib.
Qeyd olunub ki, B.Pistoriusun Odessaya səfər etməsi
təhlükəsizlik baxımından əvvəlcədən açıqlanmayıb, onun səfəri
nümayəndə heyəti gedənə qədər gizli saxlanılıb. Almaniyalı nazir
ukraynalı həmkarı Rustem Umerovla da danışıqlar aparıb.
Digər təfərrüatlar verilməyib.





























