Advertisement

Rumıniyada HIMARS reaktiv buraxılış sistemləri üçün xidmət mərkəzi açılıb

Bakı. Trend:

Bakau şəhərindəki “Aerostar” təyyarə zavodunda “HIMARS” reaktiv
buraxılış raket sistemləri üçün milli xidmət mərkəzi açılıb.

Trend-in məlumatına görə, bu barədə Rumıniya Milli Müdafiə
Nazirliyinin mətbuat xidməti bildirib.

“”Lockheed Martin” və “Aerostar” arasındakı əməkdaşlığın
nəticəsi olan Bakau mərkəzi Rumıniyanın ABŞ hökumətindən aldığı
HIMARS sistemlərinə texniki xidmət göstərəcək”, – deyə
bildirilib.

Açılış mərasimində iştirak edən müdafiə naziri Anxel Tılvar qeyd
edib ki, belə bir mərkəzin Rumıniyada yerləşdirilməsi ölkənin
“strateji üstünlüyüdür” və həmçinin regiondakı digər ölkələrə öz
HIMARS sistemlərini texniki xidmət və ya təmir üçün Bacauya
göndərməyə imkan verəcək.