Advertisement

Niger ABŞ ilə hərbi razılaşmadan çıxır

Bakı. Trend:

Niger hakimiyyəti amerikalı hərbçilərə Afrika ölkəsinin
ərazisində qalmaq hüququ verən ABŞ ilə hərbi müqaviləyə xitam
verildiyini açıqlayıb.

Trend-in
məlumatına görə, bu barədə Fransa KİV-ləri xəbər verib.

“Niger hökuməti öz xalqının istək və maraqlarını nəzərə alaraq,
Nigerdəki amerikalı hərbçilərin və Pentaqonun işçilərinin statusunu
müəyyən edən sazişi dərhal ləğv etmək qərarına gəlib”, – deyə Niger
hökumətinin nümayəndəsi Amadu Abdraman bildirib.

O, ABŞ-ın ölkədə davam edən hərbi mövcudluğunun qeyri-qanuni
olduğunu və “bütün konstitusiya və demokratik qaydaları pozduğunu”
qeyd edib.

A.Abdramanın sözlərinə görə, sazişin özü 2012-ci il iyulun 6-da
Vaşinqton tərəfindən Nigerə “birtərəfli qaydada qəbul
etdirilib”.