Advertisement

Yeni Kaledoniyada uçuşların bərpası yenidən təxirə salınıb

Bakı. Trend:

Mayın 14-dən uçuşların dayandırıldığı Numea-La Tontuta
aeroportuna kommersiya uçuşlarının bərpası yenidən təxirə
salınıb.

Trend-in
məlumatına görə, bu barədə “Figaro” qəzeti xəbər verib.

Məlumata əsasən, bazar günü işə başlamalı olan aeroportda uçuş
qadağası daha bir gün uzadılıb. Yerli aviadaşıyıcı “Aircalin”
bildirib ki, polis Yeni Kaledoniyadakı gərginliyi nəzərə alaraq
hava limanının bağlı qalma müddətini bazar ertəsi saat 09.00-dək
uzadıb.

Qeyd edək ki, Yeni Kaledoniyanın əsas nəqliyyat vasitəsi
təyyarədir.