
Bakı. Trend:
ABŞ hərbçiləri Yəməndə husilərin mövqelərinə növbəti dəfə zərbə
endirib.
Trend-in
məlumatına görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi
Komandanlığı (CENTCOM) məlumat yayıb. Bildirilir ki, zərbə
nəticəsində husilərə məxsus beş sualtı dron və bir PUA məhv edilib.
Sıradan çıxarılan hərbi texnika ABŞ donanması üçün təhlükə
yaradırdı.
Mərkəzi Komandanlıq əlavə edib ki, husilərin Yəmən ərazisindən
Qırmızı dəniz istiqamətində atdığı raketlərdən biri
zərərsizləşdirilib, digəri isə suya düşüb.





























