Advertisement

NATO-nun dörd aylıq genişmiqyaslı hərbi təlimi yekunlaşır

Bakı. Trend:

Bu gün NATO-nun son illər ərzində keçirdiyi ən böyük hərbi təlim
– “Steadfast Defender” manevrləri başa çatır.

Trend xəbər verir ki, təxminən 90 min əsgərin iştirakı ilə dörd
ay davam edən miqyaslı manevrlərinin məqsədi Rusiyanın alyans
ərazisinə mümkün helikopter hücumunun qarşısını almağı təcrübədən
keçirmək olub.

Təlimlərdə NATO qoşunlarının şərq cinahı boyunca Skandinaviyadan
Rumıniyaya köçürülməsi üzərində çalışılıb.

Almaniya Silahlı Qüvvələri hərbi təlimlərdə təxminən 12 min
hərbçi ilə təmsil olunub. “Bundesver” hərbi bölmələrin dislokasiya
məntəqələrindən mümkün əməliyyat sahələrinə, o cümlədən Litvaya
köçürülməsini sınaqdan keçirib.

Qeyd edək ki, “Steadfast Defender” təlimləri “Soyuq Müharibə”
dövründən sonra NATO-nun ən böyük manevrləridir.