Advertisement

Yaponiyanın Honşu adasında 5,6 bal gücündə zəlzələ olub

Bakı. Trend:

Yaponiyanın Honşu adasında 5,6 bal gücündə zəlzələ qeydə
alınıb.

Trend-in
məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid
Geofizika Xidmətinin Altay-Sayan filialı bildirib.

Məlumata əsasən, zəlzələnin episentri Fukusima şəhərindən 12 km
şimal-qərbdə yerləşib.

Episentrdə zəlzələnin intensivliyinə görə zəlzələ “çox güclü”
kimi qiymətləndirilib.

ABŞ Geoloji Xidməti zəlzələnin maqnitudasını 5,8 bal
qiymətləndirib. Amerikalı seysmoloqların fikrincə, onun ocağı 47,6
km dərinlikdə olub.