
Bakı. Trend:
Türkiyənin Aİ-yə üzvlük prosesində Macarıstanın dəstəyi
vacibdir.
Trend-in TurkicWorld-ə istinadən
məlumatına görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan
Macarıstanın Baş naziri Viktor Orbanla telefon danışığı zamanı
deyib.
Prezident Ərdoğan Macarıstana Avropa İİtifaqına sədrlik
müddətində uğurlar arzulayıb.
Bundan əlavə, danışıqlar zamanı Türkiyə ilə Macarıstan
münasibətləri, regional və qlobal məsələlər müzakirə edilib.
Ərdoğan telefon danışığı zamanı Viktor Orbanı ad günü
münasibətilə təbrik edib.
Qeyd edək ki, Macarıstan iyun ayında Avropa Şurasına sədrlik
edəcək.





























