Bakı. Trend:
Rusiya və Ukrayna arasında təqribən dörd ay sonra yenidən hərbi
əsirlərin mübadiləsi həyata keçirilib.
Trend xəbər
verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, əsir mübadiləsi çərçivəsində 75 Rusiya hərbçisi
analoji sayda Ukrayna hərbçisi ilə dəyişdirilib. Hazırda azad
edilmiş bütün əsirlərə zəruri psixoloji və tibbi yardım
göstərilir.
Qeyd olunub ki, Rusiya və Ukrayna arasında əsir mübadiləsi
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vasitəçiliyi ilə baş tutub.
Qeyd edək ki, Rusiya və Ukrayna arasında hərbi əsirlərin sonuncu
mübadiləsi bu ilin fevral ayında aparılmışdı. Mübadilə çərçivəsi
zamanı hər iki tərəfə 100 əsir qaytarılıb.





























