Bakı. Trend:
Yer kürəsində maqnit sahəsində pozulma başlayıb. Buna mayın
29-da Günəşin tac kütləsinin püskürməsi səbəb olub.
Trend rus KİV-lərinə
istinadən xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika
İnstitutunun Heliogeofizika xidməti məlumat yayıb.
Məlumata görə, maqnit sahəsinin pozulma dərəcəsi hələ G1 (zəif)
səviyyəsinə yüksəlməyib.
Alimlərin fikrincə, 31 may – 1 iyun tarixlərində G3 səviyyəsinə
(güclü) qədər yüksələ biləcək maqnit qasırğası gözlənilir.





























