Advertisement

Viktor Orban Trampı dəstəkləyib – Trend.Az

Bakı. Trend:

Macarıstanın baş naziri Viktor Orban Nyu-York məhkəməsinin
qərarından sonra ABŞ-nin keçmiş prezidenti Donald Trampı
dəstəkləyib.

Trend xəbər
verir ki, Viktor Orban bu barədə “X” platformasındakı paylaşımında
deyib.

“Mən Donald Trampı şərəfli insan kimi tanıyıram. Qoy xalq öz
hökmünü noyabrda versin! Mübarizə aparmağa davam etdirin, cənab
prezident”, – Orban paylaşımında deyib.

Qeyd edək ki, Nyu-York məhkəməsi ABŞ-nin keçmiş prezidenti
Donald Trampı ittiham olunduğu dörd cinayət işindən birincisi –
keçmiş porno aktrisası Stormi Denielsə ödənişlərlə əlaqədar
sənədlərin saxtalaşdırılması – üzrə təqsirli bilib.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun