Advertisement

Nyu-York məhkəməsinin Tramp barədə qərarına Kremldən REAKSİYA: Siyasi rəqiblər hər vasitə ilə aradan qaldırılır

Bakı. Trend:

Nyu-York məhkəməsinin ABŞ-nin keçmiş prezidenti Donald Tramp
barədə qərarı ölkədə siyasi rəqiblərin hər vasitə ilə aradan
qaldırıldığından xəbər verir.

Trend-in
Rusiya KİV-ə istinadən məlumatına görə, bu barədə Rusiya
prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Tramp barədə hökmdən danışarkən demək olar ki, ABŞ-də siyasi
rəqiblər faktiki olaraq bütün mümkün qanuni və qeyri-qanuni
vasitələrlə aradan qaldırılır, bu, açıq-aşkardır”, – Kreml
nümayəndəsi deyib.

Qeyd edək ki, Nyu-York məhkəməsi ABŞ-nin keçmiş prezidenti
Donald Trampı ittiham olunduğu dörd cinayət işindən birincisi –
keçmiş porno aktrisası Stormi Denielsə ödənişlərlə əlaqədar
sənədlərin saxtalaşdırılması – üzrə təqsirli bilib.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun