Bakı. Trend:
İstanbulun Küçükçekmece qəsəbəsində hotelə atılan əl qumbarası
atılıb.
Trend xəbər
verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Məlum olub ki, hotelə əl qumbarasını yetkinlik yaşına çatmamış
uşaq atıb. Onun hadisə yerinə oğurladığı motosikletlə gəldiyi
müəyyən edilib.
Qumbara partlamayıb, lakin hoteldəki bir nəfər əl qumbarasını
atan uşağa silahla atəş açıb. Yaralanan uşaq xəstəxanaya
yerləşdirilib.





























