Advertisement

Slovakiya baş naziri işinə nə vaxt qayıdacaq?

Bakı. Trend:

Sui-qəsd nəticəsində güllələnən Slovakiyanın baş naziri Robert
Fitso ən azı bir neçə ay öz işinə qayıda bilməyəcək.

Trend xarici KİV-lərə
istinadən xəbər verir ki, bunu Slovakiyanın xarici işlər naziri
Yuray Blanar deyib

“Onun səhhəti yaxşılaşır, lakin baş nazir vəzifəsinə tam olaraq
qayıtması üçün daha bir neçə ay lazım olacaq”, – deyə nazir qeyd
edib.

Qeyd edilir ki, Fitso mayın 30-da “Banska Bystrica” (Mərkəzi
Slovakiya) xəstəxanasından buraxılıb. O, müalicəsini evində davam
etdirir.

Qeyd edək ki, mayın 15-də hökumətin səyyar iclasının keçirildiyi
Handlovo şəhərində 71 yaşlı Yuraj Sintula küçədə Fitsoya bir neçə
dəfə atəş açıb. Yaralanan Baş nazir Ruzvelt xəstəxanasına aparılıb
və orada iki əməliyyat keçirib.

Dindirilmə zamanı Sintula hücumu hökumətin siyasətini
bəyənməməsi ilə izah edib. O, prezident seçkilərinin
nəticələrindən, həmçinin, ölkə hakimiyyətinin Ukraynaya silah
tədarükü ilə bağlı mövqeyindən narazı qaldığını bildirib.

Baş nazirə atəş açan şəxs adam öldürməyə cəhddə ittiham olunur.
İstintaq bağlı qapılar arxasında aparılacaq.