Bakı. Trend:
Rusiyalı mütəxəssislər mayın 25 – 26-da Ermənistanın Lori və
Tavuş vilayətlərində baş vermiş təbii fəlakət zamanı sıradan çıxmış
dəmir yolunu bərpa edəcək.
Trend bu barədə erməni
KİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, razılıq Rusiya Baş nazirinin müavini Aleksey
Overçukla Ermənistanın hökumət rəhbərinin müavini Mqer Qriqoryan
arasında əldə edilib.
Rusiya tərəfi bərpa prosesinin xərclərini öz üzərinə götürdüyünü
açıqlayıb.
Qeyd edək ki, Ermənistanda sel fəlakəti yaşanan Lori və Tavuş
marzlarına 6 əməliyyat qrupu, 456 xilasedici cəlb edilmişdi.
“Xilasedicilər və digər cəlb olunmuş qüvvələr tərəfindən Lori və
Tavuş marzlarında müxtəlif yaşayış məntəqələrindən 443 nəfər, yəni
Lori marzda 401, Tavuşda 42 nəfər təxliyyə edilib.
Təbii fəlakət nəticəsində 4 nəfər həlak olub. Tavuş vilayətində
Debed, Ağstev, Dzoraget və Taşir çaylarının daşması nəticəsində
Lori və Tavuş rayonlarının bir sıra yaşayış məntəqələrinə ziyan
dəyib”, – məlumatda qeyd edilib.





























