Advertisement

ABŞ İrana yeni sanksiyalar tətbiq edib

Bakı. Trend:

ABŞ İrana yeni sanksiyalar tətbiq edib.

Trend xəbər verir ki, bu
barədə ABŞ Maliyyə Nazirliyinin saytında dərc edilən məlumatda
bildirilib.

Sanksiyaların İran Aviasiya Sənayesi Təşkilatı ilə əlaqəsi olan
bir şəxsi və dörd qurumu hədəf aldığı bildirilir.

Xatırladaq ki, bir müddət bundan əvvəl Birləşmiş Ştatlar
Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk
Sallivan mətbuat konfransında ABŞ-nin İrana qarşı yeni sanksiyalar
tətbiq edəcəyini demişdi.

Onun sözlərinə görə, İslam Respublikasına qarşı əlavə qadağalar
qoymağı nəzərdə tutan layihə Konqresə göndərilib.

“Məqsəd Tehrana təzyiqləri gücləndirməkdir. İndi vəziyyət
əvvəlkilərdən fərqlənir. İran daha çox təzyiq və sanksiyalara məruz
qalmalıdır”, – C. Sallivan qeyd edib.