Advertisement

Hakan Fidan amerikalı həmkarı ilə Qəzza məsələsini müzakirə edib

Bakı. Trend:

Türkiyə xarici işlər naziri Hakan Fidan ilə ABŞ dövlət katibi
Antoni Blinken Qəzza məsələsini müzakirə edib.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, tərəflər
arasında telefon danışığı baş tutub.

Telefon danışığı zamanı HƏMAS və İsrail arasında aparılan
danışıqlarda gündəmə gətirilən son təklif müzakirə edilib.