
Bakı. Trend:
S&P beynəlxalq agentliyi Fransanın kredit reytinqini “AA”dan
“AA-“ya endirib.
Trend xəbər verir ki, bu barədə S&P beynəlxalq reytinq
agentliyinin məlumatında bildirilib.
S&P reytinq agentliyi mayın 31-də, cümə günü ölkənin büdcə
vəziyyətinin pisləşməsini əsas gətirərək, 2012-ci ildən bəri ilk
dəfə Fransanın kredit reytinqini aşağı salıb. S&P Aİ-nin ikinci
ən böyük iqtisadiyyatı üçün reytinqi “AA”-dan “AA-” səviyyəsinə
endirmək qərarını büdcə kəsirinin 2027-ci ildə ÜDM-in üç faizindən
yuxarı qalacağını proqnozlaşdırmaqla əsaslandırıb.
2023-cü ildə Fransanın ÜDM-in 5,5 faizi səviyyəsindəki büdcə
kəsiri əvvəllər proqnozlaşdırılandan xeyli yüksək olub. Agentlik
əlavə edib ki, Fransanın ümumi hökumət borcu 2023-cü ildəki 109
faizdən 2027-ci ilədək ÜDM-in təxminən 112 faizinə yüksələcək, bu
isə “əvvəlki gözləntilərin əksinə”dir.





























