Advertisement

İzmirdə meşə sahələrinə giriş qadağan edilib

Bakı. Trend:

Oktyabrın 31-dək İzmirdə meşə sahələrinə giriş qadağan
edilib.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə
İzmir Qubernatorluğu Meşə Yanğınla Mübarizə Komissiyası
bildirib.

Komissiya, 1 iyun – 31 oktyabr tarixləri arasında yanğın
təhlükəsi səbəbindən şəhər daxilində 26 bölgədə meşə sahələrinə
girişi qadağan edib.

Bildirilib ki, bu meşələrin ərazisindən və onun ətrafından keçən
yollarda fasilə vermək, piknik etmək də qadağandır.

“Vətəndaşlar onlar üçün ayrılmış gəzinti sahələrindən yalnız
lazımi tədbirləri görərək faydalana biləcəklər. Bu gəzinti
sahələrində yandırılan odlar tamamilə söndürüldükdən və istifadə
edilən ərazi təmizləndikdən sonra piknik sahəsi tərk ediləcək” –
deyə açıqlamada qeyd edilib.