
Bakı. Trend:
Gürcüstan ilə ABŞ arasında mövcud olan münasibətlər müəyyən
şəxslər və qüvvələr tərəfindən korlanıb.
Trend xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstanın Baş
naziri İrakli Kobaxidze məlumat verib.
“Birləşmiş Ştatlar tərəfindən maliyyə dəstəyi alan gürcü
Qeyri-Hökumət Təşkilatları 2020-2021-ci illərdə ölkəmizdə iki dəfə
inqilab etməyə çalışıb. Bu il isə 3-cü cəhdin şahidi olduq. Ona
görə də hesab edirəm ki, Gürcüstanla ABŞ arasında olan
münasibətlərə yenidən baxılmalıdır”, – deyə o bildirib.
Baş nazir bu məsələnin ABŞ-ın Gürcüstandakı səfiri ilə müzakirə
etdiyini bildirib. O deyib ki, ABŞ-ın Gürcüstandakı sabiq səfirinin
dövründə çox şey korlanmışdı, ona görə də gürcü-amerikan
münasibətləri yenidən nəzərdən keçirilməlidir.





























