Advertisement

TCG Nusret Muzey Gəmisi ziyarətçilərə açılıb

Bakı. Trend:

TCG Nusret Muzey Gəmisi Muğlanın Fəthiyə rayonunda
ziyarətçilərini qəbul etməyə başlayıb.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, Dəniz
Qüvvələri Komandanlığı tərəfindən Çanaqqala Dəniz Döyüşünün
qalibiyyətində böyük payı olan Nusret Mina Gəmisinin xatirəsini
yaşatmaq üçün 2011-ci ildə inşa edilən TCG Nusret Gəmisi Fəthiyədə
körpüdə yanaşıb.

Ziyarətçilər heyətdən dünyanın ilk və yeganə üzən muzey gəmisi
haqqında məlumat alıb, gəmidə fotoşəkillər də çəkdiriblər.

Rayonda təhsil alan tələbələr də müəllimlərinin müşayiəti ilə
gəmiyə baş çəkiblər.