Bakı. Trend:
Hindistanın şimalında və şərqində son 24 saat ərzində ən azı 85
nəfər istilər səbəbindən ölüb.
Trend xəbər verir ki, “Hindustan Times” qəzetinin məlumatına
görə, ən çox ölüm halı Odişa ştatında qeydə alınıb.
Hindistanın şərq sahilində yerləşən bu ştatda istilər 46 nəfərin
həyatına son qoyub, onlarla insan xəstəxanaya yerləşdirilib.
İstidən əziyyət çəkənləri müalicə etmək üçün hər xəstəxanada altı
çarpayı ayrılıb.
Bihar ştatında azı 16 nəfər, Uttar Pradeş ştatında 15 nəfər,
Carkhand və Racastan ştatlarının hər birində isə 4 nəfər isti
səbəbindən həyatını itirib.
Ölənlər arasında yerli seçki məntəqələrini hazırlayan seçki
komissiyasının əməkdaşlarının da olduğu bildirilir. Hindistanda
ümumi parlament seçkilərinin yekun mərhələsi bu gün keçirilir.
Ölkənin şimal-şərqindəki bəzi bölgələrdə gündüzlər havanın
temperaturu 45 dərəcə Selsi civarındadır.





























