Bakı. Trend:
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti
Vladimir Putinlə telefonla danışıb.
Trend xəbər
verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat
yayıb.
Bildirilib ki, Paşinyan Lori vilayətində daşqınlar nəticəsində
dəmir yolunun dağılmış hissələrinin bərpası ilə bağlı Rusiya Dəmir
Yollarına verdiyi göstərişə görə Putinə təşəkkür edib.
Erməni baş nazir, həmçinin, doğum günü ilə əlaqədar təbriklərinə
və xoş arzularına görə Rusiya prezidentinə minnətdarlığını
bildirib.





























