
Bakı. Trend:
Ötən ilin oktyabrın 7-dən indiyədək Qəzza zolağında ölənlərin
ümumi sayı 31 645-ə yüksəlib.
Trend-in məlumatına görə, bu barədə anklavın Səhiyyə Nazirliyi
bildirib.
Nazirlikdən bildirilib ki, Qəzza zolağında 73 676 nəfər
yaralanıb.
Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə
Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha
sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil
olublar.
İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin
müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi
çağırışını elan edib.





























