Bakı. Trend:
Moskva vilayətində “Crocus City Hall” konsert zalında terror
aktı törətməkdə ittiham olunaraq 18 nəfəri həbs edilib.
Trend-in
məlumatına görə, bu barədə şübhəli şəxslərin həbsi ilə bağlı
Basmannı məhkəməsinin qərarında bildirilib.
Məlumata əsasən, cinayət işi üzrə 20 nəfər barəsində ittiham
elan edilib, onlardan 18-i barəsində həbs-qətimkan tədbiri seçilib,
2 nəfər barəsində isə yaşayış yerlərini tərk etməməklə azadlıqdan
məhdudlaşdırılması qərarı verilib.
Məhkəmə qərarında bildirilib ki, “Crocus City Hall”a hücumdan
sonra terror aktı, terror aktına hazırlıq, terror təşkilatının
fəaliyyətində iştirak, silah və partlayıcı maddələrin qanunsuz
dövriyyəsi maddələri ilə bir neçə cinayət işi açılıb. Müstəntiqlər
həmçinin ittiham olunan şədsləri “Vilayət Xorasan” təşkilatının
(“İslam Dövləti” terror təşkilatının bir hissəsi) fəaliyyətində
iştirakda ittiham edirlər.
Qeyd edək ki, martın 22-də naməlum şəxslər Moskva yaxınlığındakı
Krasnoqorskda yerləşən “Crocus City Hall”da avtomatlardan atəş
açmağa başlayıblar. Hadisə Piknik qrupunun konserti başlamazdan
əvvəl baş verib.





























