Advertisement

Britaniya əks-kəşfiyyatına əsas səylərini terrorçulardan casuslara yönəltməyi əmr edilib

Bakı. Trend:

Böyük Britaniya hakimiyyəti “MI5” əks-kəşfiyyat xidmətinə
səylərini terrorçularla mübarizədən Rusiya, Çin və İrandan gələn
casusluqla mübarizəyə yönəltməyi əmr edib.

Trend-in
məlumatına görə, bu barədə “The Telegraph” qəzeti mənbələrə
istinadən bildirib.

“Nazirlər “MI5″dən səylərinin çoxunu casusluq təhlükəsinə,
xüsusən də Çin, Rusiya və son zamanlar İrandan gələn dövlət
təhlükəsinə yönəltməyi xahiş ediblər”, – deyə nəşrə hökumətin
yüksək vəzifəli mənbəsi bildirib.

O qeyd edib ki, yerrorla mübarizə “MI5” üçün vacib bir missiya
olaraq qalmasına baxmayaraq, onun “iş yükü istiqamətini
dəyişdi”.