Bakı. Trend:
Kanada “AUKUS” alyansı (Avstraliya, Böyük Britaniya, ABŞ) ilə
bir neçə sahədə qeyri-nüvə hərbi silahlarının birgə inkişafını
nəzərdə tutan ikinci komponent çərçivəsində əməkdaşlıq etmək
niyyətindədir.
Trend-in
məlumatına görə, bu barədə Kanadanın müdafiə naziri Uilyam Bler
Sinqapurda “Şanqri-La Dialoqu” beynəlxalq təhlükəsizlik forumunda
çıxışı zamanı deyib.
“Əminəm ki, müttəfiqlərimiz ikinci komponent üzrə bu əməkdaşlıq
formatını inkişaf etdirdikcə, Kanada da onun bir hissəsi olacaq”, –
deyə o bildirib. Nazir qeyd edib ki, ölkəsi “süni intellekt, kvant
fizikası, sensorlar” və digər texnologiyalar sahələrində böyük
töhfələr verə bilər.
Eyni zamanda, U.Blerin fikrincə, Kanadanın özü belə
tərəfdaşlıqdan faydalanacaq.





























