Advertisement

Beş ildən sonra öz turbin mühərrikimizi də istehsal edəcəyik – Bayraktar

Bakı. Trend:

Beş ildən sonra öz turbin mühərrikimizi də istehsal
edəcəyik.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə
BAYKAR baş direktoru Haluk Bayraktar deyib.

“Beş ildən sonra biz kütləvi istehsal mərhələsinə çatmış öz
turbin mühərrikimizi də istehsal edəcəyik. Beləliklə, biz dünyanın
ən qabaqcıl pilotsuz döyüş təyyarəsini istehsal edən, həm də milli
mühərrikə malik olan ölkəyə çevriləcəyik” – deyə Bayraktar
bildirib.