Bakı. Trend:
İranda növbədənkənar prezident seçkilərində iştirak etmək üçün
rəsmi qeydiyyatdan keçən namizədlərin sayı dörd gün ərzində 37-yə
çatıb.
Trend-in
məlumatına görə, bu barədə ölkənin seçki qərargahının nümayəndəsi
Möhsün Eslami bildirib.
“Prezident seçkilərində iştirak etmək üçün ümumilikdə 37 nəfər
qeydiyyatdan keçib, sabah qeydiyyat üçün son gündür”, – deyə o
mətbuat konfransı zamanı bildirib.
Qurum rəsmisi qeyd edib ki, 37 namizəddən 20-si iyunun 2-də
seçki qərargahına sənəd təqdim edib.





























