Bakı. Trend:
Yaponiyanın İşikava prefekturasında 5,9 bal gücündə zəlzələ baş
verib.
Trend-in
məlumatına görə, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi
xəbər verib.
Məlumata əsasən, zəlzələnin episentri Noto yarımadası
ərazisində, ocağı isə 10 km dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami
təhlükəsinin elan edilməsinə baxmayaraq, zəlzələdən bir neçə dəqiqə
sonra xəbərdarlıq ləğv edildi. İlk zəlzələdən 10 dəqiqə sonra eyni
ərazidə eyni gücdə daha bir zəlzələ baş verdi.





























