Bakı. Trend:
ABŞ-ın sabiq prezidenti Donald Tramp iyulun 11-də Nyu-Yorkda
hakimin elan etdiyi hökmdən asılı olmayaraq, Respublikaçılar
Partiyasından prezidentliyə namizəd kimi irəli sürüləcək.
Trend-in məlumatına görə, bu barədə Respublikaçıların Milli
Komitəsinin həmsədri, həm də D.Trampın gəlini olan Lara Tramp
deyib.
“Biz hər şeyə hazırıq. <…> Biz Respublikaçılar
Partiyasının namizədi kimi Donald Trampı irəli sürürük. Sonda
həqiqətən vacib olan budur”, – deyə o bildirib.
Lara Tramp əlavə edib ki, “yekun qərarı” noyabrın 5-də səsvermə
günü Amerika vətəndaşları verəcəklər. O, keçmiş prezidentin
tərəfdarlarını sakit olmağa və qarşıdan gələn seçkilərdə D.Trampa
səs verməklə etirazlarını bildirməyə çağırıb.





























