Bakı. Trend:
“Aleksandar Vuçiç – Serbiya dayanmamalıdır” kimi tanınan Serb
Tərəqqi Partiyasının (STP) ətrafındakı koalisiya seçkilərdə paytaxt
da daxil olmaqla 89 bələdiyyədən 85-də qalib gəlib.
Trend-in
məlumatına görə, bu barədə exit-poll məlumatlarında bildirilib.
Məlumata əsasən, dekabrda keçirilən seçkilərdə koalisiya
paytaxtda da qalib gəlsə də, cüzi fərqlə nəticədə təkrar
səsvermənin keçirilməsi qərara alınıb.
“Dekabrın 17-dən sonra da Belqradda çoxluğumuz var idi. Amma
hiss etdik ki, legitimlik üçün bu kifayət deyil, çünki bəziləri
bizimlə koalisiya yaratmaq istəmirdi. İndi şəhər şurasında 110
yerdən 62 və ya 63-nə sahib olacağıq”, – deyə ölkə prezident
Aleksandr Vuçiç bildirib.





























