Bakı. Trend:
İsrail ABŞ prezidenti Co Baydenin Qəzza zolağında atəşkəs
təklifini praktiki olaraq qəbul edib.
Trend xəbər
verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun
xarici siysət üzrə müşaviri Ofir Falk “Sunday Times” qəzetinə
deyib.
“Razılaşdığımız saziş çox da yaxşı razılaşma deyil, lakin
girovların azad edilməsini istəyirik. Üzərində işləməli olduğumuz
çox təfərrüat var, o cümlədən bütün hədəflərimiz əldə edilənə qədər
daimi atəşkəs olmayacaq”, – o deyib.
Qeyd edək ki, bundan əvvəl HƏMAS hərəkatı da yaydığı bəyanatda
Baydenin atəşkəs təklifini müsbət qiymətləndirdiyini bildirib.





























