Bakı. Trend:
Qazaxıstan Talibanı terror təşkilatları siyahısından
çıxarıb.
Trend xəbər
verir ki, bu barədə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Parlament
Assambleyası Şurasının iclasında deyib.
Onun sözlərinə görə, Qazaxıstan bu qərarı müasir Əfqanıstanla
ticarət-iqtisadi əməkdaşlığın inkişafının vacibliyini nəzərə alaraq
verib.
Qeyd edək ki, bu yaxınlarda Rusiya Xarici İşlər Nazirliyi və
Ədliyyə Nazirliyi ölkə prezidenti Vladimir Putinə Talibanı terror
təşkilatları siyahısından çıxarmağı təklif edib.
Bundan başqa, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri
Medvedyev Rusiyanın Talibanla tam formatlı münasibətlər əlaqələr
yaxın olduğunu deyib.





























