
Bakı. Trend:
İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş bu gün (3 iyun)
İran prezident seçkilərində namizədlik qeydiyyatından keçib.
Bu barədə Trend İran KİV-ə istinadən məlumat verib.
Bəzrpaş həm də İran-Azərbaycan Müştərək Komissiyasının iranlı
həmsədridir.
Qeyd edək ki, İranda növbədən kənar prezident seçkiləri 28
iyunda keçiriləcək. Ölkədə dövlət idarəçiliyində əsas vəzifələrdə
ən azı 4 il fəaliyyət göstərən, yaşı 40-75 arasında olan və minimum
magistratura üzrə elmi dərəcəsi olan şəxslər prezidentliyə namizəd
ola bilərlər. Qeydiyyata alınan şəxslərin namizədliyi İranın
Konstitusiyaya Nəzarət Şurası tərəfindən təsdiqlənməlidir.
Xatırladaq ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici
işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz
üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan
vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan
helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb.
Qəza nəticəsində 9 nəfər həlak olub.





























