
Bakı. Trend:
Türkiyənin milli müdafiə naziri Yaşar Güler ABŞ Hərbi Dəniz
Qüvvələri komandanı admiral Liza Françetti ilə görüşüb.
Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə
Türkiyə Milli Müdafiə Nazirliyi paylaşım edib.
Qəbulda Dəniz Qüvvələri komandanı admiral Tatlıoğlu və ABŞ-ın
Ankaradakı səfiri Cefri L. Fleykin də olduğu bildirilib.





























