Bakı. Trend:
İzmirin Buca qəsəbəsində dünəndən etibarən yoxa çıxan 16 yaşlı
məktəbli Hasan Hüseyin Kaynakın, yaxınları tərəfindən evlərinə 400
metr məsafədəki bir binanın avtodayanacağından cansız bədəni
tapılıb.
Trend xəbər verir ki, Kaynakın bədənində göyərti izlərinin aşkar
edilməsi onun qətlə yetirildiyi iddialarını daha da artırıb.
Meyit yarılmaq üçün ekspertizaya aparılıb.
İzmir polis araşdırmaya başlayıb.





























