
Bakı. Trend:
Rusiyanın hazırkı prezidenti Vladimir Putin prezident
seçkilərində protokolların 50,02 faizi hesablandıqdan sonra 87,34
faiz səs toplayaraq irəlidədir.
Trend-in
məlumatına görə, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyası
bildirib.
Məlumata əsasən, Putinə 33,95 milyondan çox vətəndaş səs
verib.
İkinci yerdə 4,11 faiz səs toplayan Rusiya Federasiyası
Kommunist Partiyasının namizədi Nikolay Xaritonov, üçüncü yerdə
4,01 faiz nəticə ilə Yeni Xalq Partiyasının nümayəndəsi Vladislav
Davankov qərarlaşıb. Dördüncü yerdə 3,11% səslə Rusiya Liberal
Demokrat Partiyasından (LDPR) olan namizəd Leonid Slutski
qərarlaşıb.





























