Bakı. Trend:
Türkiyə bu il ərzində BRICS-ə üzv olmaq niyyətindədir.
Trend xarici KİV-lərə
istinadən xəbər verir ki, bunu Çinə səfəri zamanı Türkiyənin xarici
işlər naziri Hakan Fidan deyib.
O bildirib ki, bu məsələ quruma üzv dövlətlərin xarici işlər
nazirlərinin Rusiyanın Nijni-Novqorod şəhərindəki görüşündə
müzakirə olunacaq.
“Təbii ki, biz BRICS-ə üzv olmaq istərdik. Görək bu il nəyə nail
ola bilirik. Rusiyada keçiriləcək BRICS nazirlərinin görüşündə
iştirak etməyi gözləyir”, – o bildirib.
Qeyd edək ki, Rusiya, Braziliya, Hindistan, Çin, Cənubi Afrika
Respublikası, İran, Misir və Efiopiyanın da daxil olduğu BRICS
2009-cu ilin iyununda Rusiya, Braziliya, Hindistan və Çin
tərəfindən təsis olunub.





























