Advertisement

Türkiyədə kömür mədəni çöküb, bir işçi torpaq altında qalıb

Bakı. Trend:

Türkiyənin Zonquldak vilayətində kömür mədəni çöküb. Uçqun
altında qalan iki işçidən biri xilas edilib, digərinin çıxarılması
istiqamətində işlər davam etdirilir.

Trend xəbər verir ki, hadisə Türkiyə Daşkömürü Anonim
Ortaqlığına bağlı Gelik bölgəsində yerləşən mədənin mənfi 360-cı
qatında baş verib.

Bölgəyə xilasedicilər cəlb olunub. İkinci işçinin axtarışları
davam edir.