Advertisement

İran Avrasiya İqtisadi İttifaqına müşahidəçi qismində qoşula bilər

Bakı. Trend:

İran Avrasiya İqtisadi İttifaqına (Aİİ) müşahidəçi qismində
qoşula bilər.

Trend xəbər verir ki, bu barədə Rusiya Hökuməti sədrinin müavini
Aleksey Overçuk məlumat verib.

“Müəyyən prosedurlar var, əgər onlara əməl olunarsa, prinsipcə,
İranın Aİİ-də müşahidəsi ilə bağlı qərar dekabrın sonunda, təxminən
bu il verilə bilər”, – o qeyd edib.

Bundan əvvəl Avrasiya Hökumətlərarası Şurasının iclasında
bildirilmişdi ki, İran bu assosiasiyada müşahidəçi olmaq üçün
Aİİ-yə müraciət ünvanlayıb və onun rəsmi məktubu mayın 27-də qəbul
edilib.