Advertisement

Bursada meşəlik ərazidə yanğın – Bölgəyə çox sayda texnika cəlb edilib

Bakı. Trend:

Türkiyənin Bursa vilayətinin Orhaneli bölgəsində yerləşən
meşəlik ərazidə yanğın baş verib.

Trend xəbər verir ki, yanğının söndürülməsi üçün bölgəyə 38 quru
texnikası, 3 helikopter və iki ədəd 2 AT 805 tipli yanğınsöndürmə
təyyarəsi cəlb olunub.

Yerli vaxtla təxminən saat 13.30 radələrində başlayan yanğın
bölgədə əsən küləyin təsiri ilə qısa müddət ərzində geniş əraziyə
yayılıb. Alovlara müdaxilə davam edir.