Bakı. Trend:
Qazaxıstan ABŞ-ın Yaxın Şərq nizamlanması planını
dəstəkləyir.
Trend-in
məlumatına görə, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyi xəbər
verib.
“Biz Ağ Evin sülh təşəbbüsünü alqışlayırıq, onun əsas
müddəalarına İsrail və “HƏMAS” arasında atəşkəs, girovların azad
edilməsi, humanitar yardımın göstərilməsi, həmçinin beynəlxalq
ictimaiyyətin dəstəyi ilə Qəzza zolağının sonradan bərpası
daxildir”, – deyə bildirilib.
Nazirlik ümid etdiyini bildirib ki, “təklif olunan tədbirlər
həyata keçirilərsə, dinc əhali arasında qan tökülməsinin və
itkilərin dayandırılmasına imkan yaradacaq, həmçinin regionda
sülhün əldə olunması üçün ilkin şərtlər yaradacaq”.
Bəyanatda vurğulanıb ki, onilliklərlə davam edən münaqişənin
yeganə həlli “iki xalq üçün iki dövlət” formuluna əsaslanaraq
paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin yaradılması
Qazaxıstanın dəyişməmiş mövqeyidir.





























