Advertisement

Norveç hökuməti və müxalifəti müdafiə potensialını artırmaq barədə razılığa gəliblər

Bakı. Trend:

Norveçin azlıq hökuməti və parlamentdəki bütün müxalifət
partiyaları ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi ilə
bağlı razılığa gəliblər.

Trend-in
məlumatına görə, bu barədə Qərb KİV-ləri xəbər veriblər.

Məlumata əsasən, bütün tərəflərin bəzi dəyişikliklərlə
dəstklədiyi hökumət planı, xüsusən də Norveç Hərbi Dəniz Qüvvələri
üçün altıncı sualtı qayığın sifarişini, Oslonu qorumaq üçün hava
hücumundan müdafiə sistemlərinin yerləşdirilməsini və kəşfiyyat
imkanlarının gücləndirilməsini nəzərdə tutur.

Bildirilib ki, 2024-cü ildə Norveçin müdafiə xərcləri ÜDM-in
2%-i səviyyəsinə çatmalıdır. Bu göstəriciyə çatmasını NATO
rəhbərliyinin öz üzvlərindən tələb edir.