Advertisement

Sloveniya Fələstin dövlətçiliyini tanıdı – Trend.Az

Bakı. Trend:

Sloveniya parlamenti Fələstinin müstəqilliyini tanıyıb.

Trend-in məlumatına görə, bu barədə Sloveniyanın “RTVSLO”
televiziya və radio şirkəti xəbər verib.

Məlumata əsasən, hakim koalisiyadan iştirak edən 53 deputatdan
52-si Fələstin dövlətinin müstəqilliyinin tanınmasının lehinə çıxış
edib. İclasda müxalifət nümayəndələri iştirak etməyiblər.

Sloveniya BMT-nin 147-ci dövləti və Fələstini tanıyan onuncu
Avropa İttifaqı ölkəsi oldu.

Səsvermədən əvvəl bir sıra prosedur məsələlərin geniş müzakirəsi
aparılıb, müxalifətdən olan deputatlar prosesi ləngitməyə cəhd
ediblər.