Advertisement

Hindistanda “Su-30MKI” qırıcısı qəzaya uğrayıb

Bakı.

Hindistan Hərbi Hava Qüvvələrinə məxsus “Su-30 MKI” qırıcısı
qərbi Maharaştra ştatında qəzaya uğrayıb.

Trend xəbər verir
ki, bu barədə NDTV telekanalı məlumat yayıb.

Məlumata görə, təyyarə Şirasqaon kəndi yaxınlığında əkin
sahəsinə düşüb və alovlanıb.

Qəza yerinə polis və təcili yardım xidmətləri gəlib. Pilotlara
tibbi yardım göstərilib.