Advertisement

Yaponiya nüvə enerjisindən istifadəni artırmaq niyyətindədir

Bakı. Trend:

Yaponiya enerji siyasətinin yenilənməsi çərçivəsində nüvə
enerjisindən istifadəni artırmaq niyyətindədir.

Trend-in məlumatına görə, bu barədə “Reuters” agentliyi xəbər
verib.

Məlumata əsasən, Yaponiya 2011-ci ildə Fukusimadakı fəlakətdən
sonra nüvə energetikasından asılılığını azaldıb və elektrik
enerjisinin istehsalı üçün qazıntı yanacaqdan istifadəni 70
faizədək artırıb.

Lakin kömür və qaz qiymətlərində kəskin artım və Rusiya-Ukrayna
müharibəsi səbəbindən hökumət sabit enerji təchizatının təmin
edilməsi üçün külək və günəş enerjisi ilə yanaşı, nüvə enerjisinin
daha geniş istifadəsi barədə düşünür.

Dünyada mayeləşdirilmiş təbii qazın ikinci ən böyük idxalçısı və
energetik kömürün ən böyük alıcısı olan Yaponiya tərəfindən nüvə
enerjisinin artırılmasına hər hansı bir keçid Avstraliya, Qətər,
ABŞ və İndoneziya da daxil olmaqla, bu növ qazıntı yanacağın
ixracatçılarına təsir edəcək.

Hökumət bildirib ki, çox güman ki, ölkə 2050-ci ilə qədər
elektrik enerjisinin istehsalını təxminən 50 faiz artırmalı olacaq,
çünki yarımkeçiricilərin istehsalı zavodları və məlumat emalı
mərkəzləri tərəfindən tələbat artır.