Bakı. Trend:
İndoneziya sahillərində 5,6 bal gücündə zəlzələ qeydə
alınıb.
Trend-in
məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi
xəbər verib.
Məlumata əsasən, zəlzələnin episentri Benqkulu şəhərindən
(Sumatra adası) 175 km qərbdə olub. Təkanların ocağı 10 km
dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami
təhlükəsi elan olunmayıb.





























